Azərbaycan futbol yığması “Fənərbaxça” klubuna uduzub
24.07.2008 - 10:43
Azərbaycan futbol yığması “Fənərbaxça” klubuna uduzub
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın futbol yığması Türkiyənin “Fənərbaxça” klubuna məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, 19 yaşlılardan ibarət yığmamız (U-19) “Fənərbaxça”nın nəzdindəki həmyaşıdlarından ibarət komandaya 0:2 hesabı ilə uduzub. Yaşar Vahabzadənin çalışdırdığı yığmamız az öncə “Qalatasaray”ın 19 yaşlılardan ibarət komandası ilə heç-heçə edib (1:1), Türkiyənin həvəskar liqasının çempionu olan İstanbul təmsilçisi “Cankurtaran” klubunu böyük hesabla məğlub edib – 4:0.
0