Əmrə Bələzoğlu Türkiyənin ən zəngin futbolçusu oldu
24.07.2008 - 13:16
Bakı. Kənan Həsənov - APA-Sport. “Fənərbaxça” klubuna transfer olunan Əmrə Bələzoğlu Türkiyənin ən varlı futbolçusu olub. “APA-Sport” agentliyinin məlumatına görə, İtaliya və İngiltərədə legioner həyatı yaşayan yarımmüdafiəçi son 11 il ərzində 25 milyon ABŞ dolları qazanıb. Ə.Bələzoğlu, həmçinin “Fənərbaxça” klubundan 22 milyon dollar alacaq. Futbolçu karyerasına “Qalatasaray”da başlayan 28 yaşlı oyunçu “İnter” (İtaliya) və “Nyukasl” (İngiltərə) klublarının da şərəfini qoruyub. Türkiyə milli komandasının üzvü qarşıdakı 4 mövsümü isə “Fənərbaxça”nın heyətində keçirəcək.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq
0
0