Pekin Olimpiadasının qalibi 700 min ABŞ dolları mükafat alacaq
24.07.2008 - 14:48
Pekin Olimpiadasının qalibi 700 min ABŞ dolları mükafat alacaq
Bakı. Kənan Həsənov - APA-Sport. Pekin Yay Olimpiya Oyunlarına qatılacaq əksər ölkələr medal qazanacaq idmançılarına verəcəkləri mükafatların məbləğini müəyyənləşdirib. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışın qalibi olacaq Ermənistan idmançısı 700 min ABŞ dolları qazanacaq. Mükafatın məbləğinin çox olmasına səbəb ermənilərin 4 il öncə Afinada təşkil edilən analoji yarışı medalsız başa vurmalarıdır. Gürcüstan olimpiya çempionuna 450, Malayziya 300, Qazaxıstan 200, Rusiya və Ukrayna 100 min dollar verəcək. ABŞ isə bu məbləği cəmi 25 min dollar həcmində müəyyənləşdirib.
0