Azərbaycan çempionu “Partizan”la oyunlara yeni hücumçu transfer etməyəcək
24.07.2008 - 16:51
Azərbaycan çempionu “Partizan”la oyunlara yeni hücumçu transfer etməyəcək
“Çempionlar Liqasında mərhələ adladıqdan sonra yeni futbolçu sifariş etmək mümkündür. Valter Quqlemon cəzalandıqdan sonra hücumçuya böyük ehtiyacımızın olduğunu nəzərə alsaq, bu məsələni klub rəhbərliyi ilə müzakirə etdik. Sonda “Partizan”a qarşı hazırkı heyətlə oynamaq variantı üzərində dayandıq. İlk növbədə ona görə ki, vaxtımız çox azdır. Təsəvvür edin ki, iştirak ərizəsini dəyişsək, sabah günün sonunadək onu UEFA-ya göndərməliyik. Şənbə və bazar qitə futbol qurumunda istirahət günləridir, bazar ertəsi isə yeni futbolçu sifariş etməyə icazə verilmir. İki günə yeni futbolçunun transfer etmək texniki cəhətdən qeyri-mümkündür. Yeni hücumçu transfer etmək variantları olsa, bunlar alınmadı. Maris Verpakovskislə maraqlansaq da, əldən çıxdı. İndi onun adı Kiyevin “Dinamo” klubunun iştirak ərizəsində yer alıb”.
Qeyd edək ki, “İnter”in UEFA-ya göndərdiyi iştirak ərizəsində 24 futbolçu yer alıb.


0