“Xəzər-Lənkəran” “Olimpik” klubunu məğlub edib
25.07.2008 - 10:07
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanı UEFA kubokunda təmsil edən “Xəzər-Lənkəran”la “Olimpik” klubları Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşıb. “APA-Sport” agentliyinin məlumatına görə, qitə miqyaslı turnirdə iyulun 31-də keçiriləcək cavab görüşlərinə hazırlıq məqsədilə baş tutan yoxlama oyunu lənkəranlıların minimal hesablı qələbəsi ilə nəticələnib - 3:2. “Xəzər-Lənkəran” Yakuba Bamba, Rəşad Abdullayev və yeni transferlərdən olan braziliyalı hücumçu Ramulonun vurduğu qollarla hesabda 3:0 irəlidə olub. “Olimpik” yalnız bundan sonra iki qol vurmaqla hesab arasındakı fərqi minimuma endirib. Komandanın yeni transferləri gürcüstanlı Roman Axalkatsi ilə braziliyalı Leandro Qomeş fərqlənib.
- Hacıosmanoğlu “Qalatasaray” – “Samsunspor” oyunundakı epizod barədə: "Qəbul edirəm"
- TFF prezidentindən derbi açıqlaması: "Etiraz etməli olan tərəf "Fənərbaxça"dır"
- “Fənərbaxça” və “Samsunspor”un Avropa oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
- Türkiyədə mərc qalmaqalı böyüyür: 22 hakim və 27 futbolçu PFDK-ya göndərilib
0
0