Azərbaycan Premyer Liqasının püşkatması iyulun 30-da keçiriləcək
25.07.2008 - 10:30
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının 2008/09 mövsümünün püşkatması iyulun 30-da keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, AFFA-nın inzibati binasında keçiriləcək mərasim saat 12:00-da başlayacaq. Son mövsümlərdə olduğu kimi, bu dəfə də yüksək liqada 14 komanda çıxış edəcək. Premyer Liqada ötən mövsümün yekununa əsasən yerlərini qoruya bilməyən Sumqayıtın “Gənclərbirliyi” və Bərdənin ABN klublarını paytaxt təmsilçiləri – “Bakılı” və MOİK əvəzləyəcək. Maliyyə problemləri üzündən Premyer Liqada çıxış etməkdən imtina edən “Masallı”nı birinci divizionu 3-cü yerdə başa vuran Salyanın NBC klubu əvəzləyəcək. Püşkatmadan sonra tərtib olunan təqvimə əsasən çempionat avqustun 9-da start götürəcək.
Qeyd edək ki, Premyer Liqada yeni mövsümün bu tarixdə başlanması ilə bağlı AFFA-nın İcraiyyə Komitəsinin iyulun 5-də keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, Premyer Liqada yeni mövsümün bu tarixdə başlanması ilə bağlı AFFA-nın İcraiyyə Komitəsinin iyulun 5-də keçirilən iclasında qəbul edilib.
- Hacıosmanoğlu “Qalatasaray” – “Samsunspor” oyunundakı epizod barədə: "Qəbul edirəm"
- TFF prezidentindən derbi açıqlaması: "Etiraz etməli olan tərəf "Fənərbaxça"dır"
- “Fənərbaxça” və “Samsunspor”un Avropa oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
- Türkiyədə mərc qalmaqalı böyüyür: 22 hakim və 27 futbolçu PFDK-ya göndərilib
0
0