Azərbaycanlı futbolçu gələn ay iki yığma komandanın heyətində oynayacaq
25.07.2008 - 16:22
Azərbaycanlı futbolçu gələn ay iki yığma komandanın heyətində oynayacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Belarusla səfərdə keçirəcəyi yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamızın braziliyalı baş məşqçisi Qustavo Enrike Zlokkovik Silva Minskə 12 futbolçu ilə yollanacaq. Bunlar Ruslan Əliyev, Murad Əsədov, İlham Əzizzadə, Abuzər İbrahimov, Sahib Məmmədov, Müslüm Hüseynov, Elnur Əhmədov, Elvin Quliyev, Hikmət Bağırov, Elşad Quliyev, Zeynal Zeynalov, Comərd Baxşəliyevdir. Avqustun 4-də və 5-də keçiriləcək sınaq matçlarında futbolçularımızı sınayacaq braziliyalı mütəxəssis üç həftə öncə Fransada keçirilən Avropa Liqası oyunları üçün açıqladığı heyətdə dəyişiklik etməyib. Berti Foqtsun Azərbaycan milli komandasına çağırdığı Zeynal Zeynalov yenə çimərlik yığmasında yer alıb. Böyük futbolda özünə klub tapmaqda çətinlik çəkən 28 yaşlı yarımmüdafiəçi hələ ki oyun praktikasını bu idman növündə qazanır. Z.Zeynalov gələn ay həm çimərlik futbolunda, həm də böyük futbolda yığma komandamızın heyətində çıxış edəcək.
Qeyd edək ki, Z.Zeynalov B.Foqtsun avqustun 20-də İslandiya yığması ilə səfərdə keçirəcəyi yoldaşlıq görüşündə açıqladığı heyətdə də yer alıb.
0