“Vaslui”nin hücumçusu: “Neftçi”nin zəif cəhətlərini bilirik”
26.07.2008 - 12:38
“APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Neftçi”nin İntertoto kubokunda rəqibi olan Rumıniyanın “Vaslui” klubunun hücumçusu Lusian Burduyan deyib. Rumın futbolçu UEFA kubokuna düşmək üçün əllərinə düşək fürsətdən istifadə etməli olduqlarını bildirib: “Rəqibin oyununu dərindən təhlil etmişik. “Neftçi”nin zəif cəhətlərini bilirik. Bu dəfə həm hücumda, həm də müdafiədə diqqətli olmalıyıq. Hücumda kəskinliyi artırmaqla yanaşı, qapımızın toxunulmazlığını qorumalıyıq. Bakıdakı oyundan nəticə çıxarmışıq”. L. Burduyan “Neftçi”nin məğlub edəcəklərinə şübhə etmədiyini söyləyib: “Biz UEFA kubokuna çıxmaqda maraqlıyıq. Azarkeşlərimizin gözlədiyini alacağına, “Neftçi”ni yenəcəyimizə əminəm. Bunu reallaşdırmaq üçün hər şeyi etməliyik. Bakıda qol vurmaq üçün yaxşı imkanım olsa da, qapı dirəyi rəqibi xilas etdi. Bu, yerli azarkeşlər qarşısında ilk oyunum olacaq və onları məyus etmək istəmirəm. “Neftçi” ilə görüşdə stadionun dolacağına inanıram. Belə vacib oyunda bizə azarkeşlərimizin dəstəyi lazımdır”.
0
0