AFFA Avropa çempionatının final mərhələsinin oyunlarının Bakıda keçirilməsini istəyir
28.07.2008 - 11:37
AFFA Avropa çempionatının final mərhələsinin oyunlarının Bakıda keçirilməsini istəyir
“APA-Sport” agentliyinin məlumatına görə, AFFA Azərbaycan Çimərlik Futbol Federasiyası (AÇFF) ilə birlikdə bu yarışa ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Artıq məsələ ilə bağlı müvafiq sənədlər Peşəkar Çimərlik Futbolu Təşkilatına təqdim olunub.
Qeyd edək ki, Fərid Novruzi bu il AÇFF-yə prezident seçildikdən sonra adıçəkilən idman növünə diqqət artırılıb və yığma komandamıza braziliyalı mütəxəssis Qustavo Enrike Zlokkovik Silva baş məşqçi təyin edilib.
0