“Bakı” klubu Sloveniyada sonuncu yoxlama oyununda uduzub
28.07.2008 - 12:11
Ptuj. Mehman Süleymanov – APA-Sport. “Bakı” klubu Sloveniyadakı hazırlıq prosesində keçirdiyi sonuncu yoxlama oyununda məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, bakılılar Serbiyanın “Çukariçki Stankom” klubuna 0:2 hesabı ilə uduzub. Belqrad şəhərini təmsil edən bu komanda son mövsümdə Serbiyanın yüksək liqasında 6-cı yeri tutub. Makedoniyalı mütəxəssisi Qyoko Hacievskinin çalışdırdığı “Bakı” Ptujdakı iki həftəlik təlim-məşq toplanışında 4 yoxlama oyunu keçirib. “Bakı” bunadək Sloveniyanın “Drava” klubuna uduzub (0:1), “Olimpiya” (Lyublyana) ilə heç-heçə edib (2:2), Bosniya və Herseqovinanın “Slaviya” komandasını məğlub edib (3:1).
0
0