Lusian Burduyan: “Neftçi” ilə oyunda tarix yazdıq”
28.07.2008 - 13:02
Lusian Burduyan: “Neftçi” ilə oyunda tarix yazdıq”
Vaslui. Mehman Süleymanov - APA-Sport. “UEFA kubokuna vəsiqə qazandığımız üçün çox xoşbəxtəm. Biz “Neftçi” ilə oyunda tarix yazdıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri İntertoto kubokunda “Neftçi” ilə oyunda qol vuran Rumıniyanın “Vaslui” klubunun hücumçusu Lusian Burduyan deyib. Komandamızla cavab görüşündə (2:0) hesabı açan rumıniyalı futbolçu həm də yeni klubunda ilk qolunu vurub: “Mövsüm bitəndən sonra “Vaslui”nin təklifini qəbul etdiyimə görə şadam. İndi məni təbrik etmək olar. Yerli azarkeşlər qarşısında ilk oyunuma çıxmışdım. Vurduğum qoldan daha vacib mərhələ adlamağımızdır. UEFA kubokunda işimiz heç də asan olmasa da, məqsədimiz imkan daxilində daha çox irəliləməkdir. “Vaslui” ötən mövsümlə müqayisədə xeyli güclənib. Çərşənbə günü “Styaua” ilə oyunda bunun şahidi olacaqsınız”.
0