Pro və A kateqoriyalı baş məşqçiləri olmayan komandalar 10000 manat rüsum ödəyəcək
28.07.2008 - 15:51
Pro və A kateqoriyalı baş məşqçiləri olmayan komandalar 10000 manat rüsum ödəyəcək
APFL-nin prezidenti Ramin Musayev “APA-Sport” agentliyinə açıqlamasında Premyer Liqa klublarının çalışdırıcılarının məşqçilikdə ən yüksək dərəcəyə sahib çıxmasının vacibliyini bildirib: “Məlum olduğu kimi, klubların Pro və A kateqoriyaya malik əcnəbi mütəxəssislərə görə rüsumların ödənilməsi ləğv olunub. Premyer Liqada çıxış edən bütün komandaların çalışdırıcıları Pro və A kateqoriyalı mütəxəssislər olmalıdır. Onlara gələn ilin yanvarına kimi vaxt vermişik. Bu müddətə kimi baş məşqçilər ən yüksək dərəcələr almalıdır. Əks təqdirdə, klublar 10000 manat məbləğində rüsum ödəməli olacaq və bundan sonra onların baş məşqçiləri oyunlar zamanı texniki zonaya buraxılacaq. Bütün bunlar klubların sükanı arxasında səviyyəli mütəxəssislərin çalışmasına hesablanan addımdır”.
0