“Partizan” Bakıda havaların isti olmasından çəkinir
28.07.2008 - 17:11
“Partizan” Bakıda havaların isti olmasından çəkinir
Heyətin böyük əksəriyyəti yerli futbolçulardan təşkil olunub. Serbiyalılar “İnter”lə görüşəcəkləri stadionun adını daşıyan Tofiq Bəhramovun ötənlərin məşhur hakimi olmasından xəbərdardır: “Bəhramov 1966-cı ilin dünya çempionatının finalında İngiltərə və Almaniya yığmaları arasında görüşdə yan xətt hakimi olub. Onun adını daşıdığı stadion 30000 azarkeş tutumuna malikdir. Əslində, “İnter”in daxili yarışlarda ev oyunlarını 8000 azarkeş tutumu olan “Şəfa” stadionunda keçirir. Sadəcə, hazırda bu arenanın beynəlxalq oyunlar keçirmək üçün lisenziya olmadığı üçün Azərbaycan çempionu rəqiblərini Respublika stadionunda qəbul edir”. Serbiyalılar Bakıda havaların isti olmasından çəkinir. Onlar paytaxtımızda istinin hərarətini 36 dərəcə qiymətləndirsə də, əslində, bu rəqəm artıq 40-ı da keçib: “Havanın rütubəti maksimal həddə yaxınlaşıb. Serbiya yığmasında da çıxış edən “Partizan”ın sabiq futbolçusu İqor Dulyay Bakıda hava şəraiti haqda bizi informasiya edib. Onun sözlərinə görə, bu, Avropa təmsilçiləri üçün əsas problem olur və rəqibin oyununa öz mənfi təsirinə göstərir”.

Qapıçılar: Mladen Bozoviç, Darko Bozoviç.

Müdafiəçilər: Nenad Corceviç, Aleksis Nqambi, Milan Sikimiç, İvan Obradoviç, Srda Knejeviç, Aleksandar Miljkoviç

Yarımmüdafiəçilər: Radoslav Petroviç, Juka, Moreyra, Miloş Boqunoviç, Nenad Marinkoviç.

Hücumçular: Veliko Paunoviç, Lamin Diarra, Corc Laziç, Adam Lyajiç, Draqan Çadikovski.


0