Valentin Xodukin: “Partizan”la oyun beynəlxalq miqyasda nəyə qadir olduğumuzu göstərəcək”
28.07.2008 - 18:07
Valentin Xodukin: “Partizan”la oyun beynəlxalq miqyasda nəyə qadir olduğumuzu göstərəcək”
Onun sözlərinə görə, turnirdə növbəti rəqibləri olan Belqradın “Partizan” klubunun geniş təqdimata ehtiyacı yoxdur: “Bu komandanın 20 dəfə ölkə çempionluğunu qazanmasını, vaxtilə Çempionlar kubokunun finalçısı olmasını qeyd etmək kifayətdir. Komandamızda çıxış edən serbiyalı futbolçular da rəqib haqda məlumat əldə etməkdə müəyyən köməkliyini göstərib. Serbiyalı legionerlərimizin həmyerlilərinə qarşı bilərəkdən zəif oynayacağını hesab etmirəm. Onlar ilk növbədə peşəkar futbolçulardır və şərəfini qoruduqları komandanın marağının hər şeydən üstün olmasını dərk edirlər. Ona qalsa, futbolçu daxili çempionatda da zəif oynaya bilər və bundan sığortalanmayıb”. 69 yaşlı çalışdırıcı “Partizan” kimi güclü rəqiblə qüvvələrini sınamağın faydalı olacağını söyləyir: “Belə bir komanda ilə oyun beynəlxalq miqyasda nəyə qadir olduğumuzu göstərəcək, zəif cəhətlərimiz aşkara çıxaracaq. Komandanın baş məşqçisi kimi bundan sonra hansı istiqamətdə çalışmalı olduğumu biləcəyəm. İkinci təsnifat mərhələsində də həmin heyətlə çıxış edəcəyik və itkilərimiz yenə də var. Ancaq bu bizi ruhdan salmır və özümüzə inanırıq. Futbolda məğlubedilməz komanda yoxdur. Hər bir komandanın uduzması realdır. Bu mənada “Partizan”ı yenməyimiz mümkündür”.
0