“İnter” klubunun sabiq futbolçusu “Zakarpatye” ilə müqavilə bağlayıb
29.07.2008 - 10:32
“İnter” klubunun sabiq futbolçusu “Zakarpatye” ilə müqavilə bağlayıb
Ujqorod. Elşən Məmmədov - APA-Sport. Bakının “İnter” klubunun sabiq futbolçusu Mixail Makovski karyerasını Ukrayna çempionatının ikinci divizionunda çıxış edən “Zakarpatye” komandasında davam etdirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, belaruslu yarımmüdafiəçi Ujqorod şəhərinin təmsilçisi ilə azad agent kimi bir illik müqavilə bağlayıb. Artıq iki turu arxada qalan çempionatda “Zakarpatye” 3 xalla 8-ci yeri tutur. 31 yaşlı oyunçu son turda komandasının “Neftyanik”ə 0:1 hesabı ilə uduzduğu qarşılaşmanın 30-cu dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, M.Makovski “İnter”ə 2004-cü ilin yayında qardaşı Vladimir Makovski ilə birgə gəlib. Makovski qardaşları paytaxt komandasında iki il çıxış ediblər.
0