“Neftçi” Türkiyə Superliqasında oynamış hücumçunu baxışa çağırıb
29.07.2008 - 10:48
1976-cı il fevralın 20-də Bolqarıstanın məşhur Qabrovo şəhərində anadan olan Z.Lazarovun futbolçu karyerası 1991-ci ildən başlayıb. Vətənində “Septemvri” (21 oyun, 3 qol), “Yantra” (88 oyun, 35 qol), MOİK (14 oyun, 3 qol), “Minyor” (22 oyun, 7 qol), “Levski (23 oyun, 3 qol), “Slaviya” (35 oyun, 12 qol) klublarında çıxış edən hücumçunun legioner karyerası əsasən Türkiyə ilə bağlı olub. Belə ki, aşağı divizionda üç mövsüm “Kocaelispor”un (79 oyun, 23 qol) şərəfini qoruyan Z.Lazarov sonrakı üç mövsümü Superliqada “Qaziantepsor”da (87 oyun, 35 qol) keçirib. Bolqarıstanlı futbolçu Superliqada, həmçinin Kayseri şəhərinin “Ərciyyəspor” klubunda çıxış edib. 2006/07 mövsümündə bu komandada forma geyən Z.Lazarov 31 oyunda 9 qola imza atıb. 1,77 metr boya malik bolqarıstanlı hücumçu bu ildən Rusiyada çıxış edir. O, cari mövsüm Premyer Liqaya qayıdan Yaroslavlın “Şinnik” klubunda oynayır. Yığma komandasında çıxışına 2001-ci ildən başlayan Z.Lazarov meydana çıxdığı 31 oyunda 3 qola imza atıb. Hücumçu 2004-cü ildə Portuqaliyada keçirilən Avropa çempionatının final mərhələsinin iştirakçısı olub.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0