Edqar Davids Türkiyənin “Kocaelispor” klubuna keçir
29.07.2008 - 11:19
Edqar Davids Türkiyənin “Kocaelispor” klubuna keçir
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə Superliqasına vəsiqə qazanan “Kocaelispor” klubu məşhur hollandiyalı futbolçu Edqar Davidsin transferini başa çatdırmaq üzrədir. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda Türkiyə mətbuatına komandanın prezidenti Serhan Gürkan məlumat verib: “Davidsin özü və meneceri ilə danışıqlarımız yaxşı keçdi. Demək olar bütün məsələlərdə razılaşma əldə etdik. Bu transfer 99% həll olunub”.
Qeyd edək ki, E.Davids “Milan”, “Yuventus”, “İnter” (hamısı İtaliya), “Barselona” (İspaniya), “Tottenhem” (İngiltərə) və “Ayaks” (Hollandiya) klublarının şərəfini qoruyub. “Kocaelispor”da 7 nömrəli futbolka ilə oynayacağı planlaşdırılan təcrübəli yarımmüdafiəçi həmçinin, 74 dəfə Hollandiya milli komandasının heyətində meydana çıxıb.
0