“Bakı” klubunun sabiq qapıçısı Ermənistan çempionatında oynayacaq
29.07.2008 - 12:41
“Bakı” klubunun sabiq qapıçısı Ermənistan çempionatında oynayacaq
Bakı. Elşən Məmmədov - APA-Sport. “Bakı” klubunun sabiq qapıçısı Soso Qrişikaşvili karyerasını Ermənistanın “Mika” komandasında davam etdirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 34 yaşlı gürcüstanlı qolkiper “Mika” ilə bir illik müqavilə bağlayıb. “Bakı”ya 2005-ci ilin yayında gələn S.Qrişikaşvili UEFA kubokunun ilkin təsnifat mərhələsində “Jilina” (Slovakiya) ilə qarşılaşmanın iştirak ərizəsinə salınıb. Lakin hər iki qarşılaşmada meydançaya çıxmayıb. 2005-2006-cı il Azərbaycan çempionatı mövsümündə isə gürcüstanlı qapıçının çıxışına həmin vaxt tətbiq olunan 3+2 legioner limiti mane olub. Nəticədə “Bakı” heç bir oyunda xidmətindən yararlana bilmədiyi i qolkiperlə müqaviləni pozub.
Qeyd edək ki, S.Qrişikaşvili karyerası ərzində Gürcüstanın “Kaxeti” (Telavi), “Metallurq” (Rustavi), “Dinamo” (Tbilisi), “Tbilisi”, Rusiyanın “Spartak” (Vladiqafqaz) və “Alaniya” (Vladiqafqaz) və Latviyanın “Ventspils” komandalarının da şərəfini qoruyub.
0