“Qarabağ” klubunun sabiq futbolçusu Kiyev “Dinamo”su ilə 5 illik müqavilə bağlayıb
29.07.2008 - 13:11
“Qarabağ” klubunun sabiq futbolçusu Kiyev “Dinamo”su ilə 5 illik müqavilə bağlayıb
Kiyev. Elşən Məmmədov – APA-Sport. Kiyev “Dinamo”su Ağdamın “Qarabağ” klubunun sabiq futbolçusu Sergey Kravçenko ilə 5 illik müqavilə bağlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Ukrayna millisində də çıxış edən 25 yaşlı yarımmüdafiəçi gələn ilin yanvarından “Dinamo”nun uğurları üçün çalışacaq. S.Kravçenkonun sonuncu komandası “Vorskla” (Poltava) olub.
Qeyd edək ki, ukraynalı futbolçu 2005-2006 mövsümünün ilk dövrəsində “Qarabağ”ın formasını geyib. Ağdam klubu ilə yarım illik müqaviləsi başa çatdıqdan sonra vətəninə qayıdıb. 2008-ci ilin mayında isə S.Kravçenko Ukrayna millisində debüt edib.
0