Hares Skemehedis: “Özümü Azərbaycanda sınamaq istədim”
29.07.2008 - 14:26
Hares Skemehedis: “Özümü Azərbaycanda sınamaq istədim”
H.Skemehedis bildirib ki, karyerasını ölkəmizdə davam etdirməyi geriyə addım saymır: “Artıq neçə ildir vətəndə çıxış edirik. Karyeramı yeni ölkədə davam etdirmək, özümü Azərbaycanda sınamaq istədik. Bu mənada “Bakılı” klubunda gələn dəvəti qəbul etdim. Açığı, Azərbaycan futbolu haqda çox az məlumatımız var. Yığmamızın heyətində sizə qarşı oynamamışam. Ola bilsin ki, Azərbaycandan sonra özümüzü başqa ölkədə də sınadıq. Hər halda, peşəkar futbolçu həyatı belədir. Bu gün bir, sabah isə başqa ölkədə oynaya bilərsən”.
“Bakılı”nın təqdim etdiyi digər legioner isə gürcüstanlı David Kokiaşvilidir. 10 nömrəli formaya sahib çıxan futbolçu güclülər dəstəsində mübarizə aparan Tiflisin “Merani” klubundan gəlib. Paytaxt təmsilçisinin yerli transferləri isə ötən mövsümü müvafiq olaraq “Bakı” və “Masallı”da keçirən müdafiəçilər Asif Abbasovla 19 yaşlılardan ibarət yığmamızın üzvü Elçin Həşimovdur. A.Abbasov 5, E.Həşimov 15 nömrəli formanı daşıyacaq. “Bakı” hələ “Dinamo” adlanan dövrdə onun şərəfini qorumuş 30 yaşlı A.Abbasov yeni klubundan razıdır: “Çempionluğa iddialı “Bakı”dan sonra “Bakılı”ya keçidi karyeramda geriyə addım saymıram. Bu klubdan hansında çıxış etməyin mənim üçün ciddi fərqi yoxdur. “Bakılı”nın şərəfini qorumaq mənim üçün xoşdur. Bu komandaya öz köməyi göstərib, yaxşı çıxış edəcəyimizə inanıram”.
0