“Bakı” Xorvatiya yığmasının sabiq hücumçusunu transfer edir
29.07.2008 - 17:37
“Bakı” Xorvatiya yığmasının sabiq hücumçusunu transfer edir
“Bu hücumçu Sloveniyadakı hazırlıq prosesinin sonunda bizə qoşuldu. Ninonu bəyəndik. Sürətli futbolçudur. Bizə də məhz sürətli, cinahlarda da oynayan bilən hücumçu lazımdır. Bu mənada Bulenin “Bakı”ya transferi realdır. Hazırda bu yöndə iş gedir və qarşıdakı günlərdə transfer reallaşmalıdır”.
“Bakı”nın baş məşqçisi Qyoko Hacievski isə “transfer pəncərəsi” bağlanmasına qədər olan imkandan maksimum istifadə etməyin vacibliyini söyləyib: “Hələ bir ay vaxtımız var. Bizə daha bir hücumçu lazımdır ki, bu həm də ön xətdə rəqabəti artıracaq. Yeni hücumçularımız Georgi Xristovla Draqan Naçevskidən razıyam. Naçevskidən fərqli, Xristov komandaya bir qədər gec qoşulduğundan, Qubadakı fiziki hazırlıq üzrə təlim-məşq toplanışında iştirak etmədi. Georgi hələlik əvvəlki formasını bərpa edir. Düzdür, komandamızda hələ seneqallı hücumçu Eli Sisse də var. Ancaq o, işinə peşəkarcasına yanaşmayaraq, Bakıya gec qayıtdı. Bu səbəbdən vizası olmayan Sisse Sloveniyadakı hazırlıq prosesində iştirak etmədi. Bu müddətdə “Bakı-2”də məşq edən Elinin əsas heyətə düşməsi, qarşıdakı mövsümdə bizə kömək etməsi çətin məsələdir”. Q.Hacievski N.Buleni Yaponiyada işlədiyi dövrdən tanıyır. Belə ki, makedoniyalı mütəxəssis 2000/01 mövsümündə “Cublio İvata” klubuna Yaponiya Superkubokunu qazandırdığı vaxtda, hücumçu bu ölkədə “Qamba Osaka” komandasında (40 oyun, 23 qol) çıxış edib. 1976-cı il martın 19-da Bosniya və Herseqovinada anadan olan, 1,88 metr boya malik N.Bule Avstriyada da legioner karyerası yaşayıb. O, 2004/05 mövsümündə “Paschinq” (16 oyun), “Austriya” (8 oyun, 3 qol), “Admira Vakker” (27 oyun, 7 qol) klublarında çıxış edib. Futbolçu karyerasına 1995-ci ildə Zaqrebin eyni adlı klubunda başlayan N.Bule bu komandada 5 mövsüm (110 oyun, 30 qol) keçirib. N.Bule 2001-ci ildən 2004-cü ilədək şərəfini qoruduğu “Hayduk” klubunda (65 oyun, 17 qol) ölkə çempionluğunu qazanıb. Son iki mövsümü “Rijeka” klubunda keçirən hücumçu 49 oyunda 7 qola imza atıb. “Bakı”nın yeni transferi Xorvatiyanın yığma komandalarında da çıxış edib. Belə ki, N.Bule olimpiya yığmasında çıxış etdiyi bir ildə (1997) 4 oyunda 2 qol vurub. 1998-99-ci illərdə Xorvatiyanın ikinci yığmasının heyətində iki görüşdə meydana çıxan hücumçu sonrakı 5 ildə milli komandada üç matçda forma geyib.
Qeyd edək ki, N.Bulenin əsas yığmada sonuncu oyunu 2004-cü ildə Almaniya millisi ilə yoldaşlıq görüşü olub.
0