Əliyar İsmayılov: “Daha çox qol vurub qələbə qazana bilərdik”
30.07.2008 - 10:26
Əliyar İsmayılov: “Daha çox qol vurub qələbə qazana bilərdik”
Bakı. Kənan Həsənov - APA-Sport. “Rəqib çox güclü idi. Bu səbəbdən onlarla mübarizə aparmaq asan olmadı”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “İnter” - “Partizan” oyunundan sonra Əliyar İsmayılov deyib. Azərbaycan çempionunun kapitanı artıq Serbiyada keçiriləcək cavab matçı haqda fikirləşəcəklərini bildirib: “Son anda məğlubiyyətdən xilas olduq. Amma daha çox qol vurub qələbə də qazana bilərdik. Bunun üçün yetərincə imkanımız oldu. Artıq ikinci oyun barədə fikirləşmək məcburiyyətindəyik”.
0