UEFA Bakının “İnter” klubunun futbolçusunu 3 oyunluq diskvalifikasiya edib
30.07.2008 - 17:56
UEFA Bakının “İnter” klubunun futbolçusunu 3 oyunluq diskvalifikasiya edib
Bakı. Mehman Süleymanov - APA-Sport. UEFA Bakının “İnter” klubunun uruqvaylı hücumçusu Valter Quqlemonun məsələsinə baxıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən klubun prezidenti Georgi Nikolovun sözlərinə görə, qitə futbol qurumunun Nizam-İntizam Komitəsinin (NİK) çıxardığı qərarla bağlı bu gün məlumat alıblar: “Az öncə aldığımız sənəddə Makedoniyanın “Rabotniçki” klubu ilə səfərdə keçirdiyimiz görüşdə birbaşa qırmızı vərəqə alan Valet Quqlemonun üç oyunluq cəzalanması göstərilib. Buna səbəb hücumçumuzun idmançıya yaraşmayan hərəkətidir. UEFA Valteri Nizam-İntizam Məcəlləsinin müvafiq maddəsinə uyğun cəzalandırıb. “Partizan”la Bakıdakı görüşdə iştirak etməyən Quqlemonun hələ iki oyunluq cəzası qalıb. UEFA uruqvaylı futbolçumuzu 1000 İsveçrə frankı məbləğində cərimələyib. Təbii ki, cəriməni biz ödəyəcəyik. Çünki UEFA futbolçunu yox, klubu cərimələyib”.
0