Azərbaycanlı futbolçu Belarusun “Darida” klubunda baxışdadır
31.07.2008 - 17:05
Azərbaycanlı futbolçu Belarusun “Darida” klubunda baxışdadır
Bakı. Elşən Məmmədov – APA-Sport. Futbol üzrə Belarus çempionatında çıxış edən yeganə azərbaycanlı legioner Elmar Xeyirov klubunu dəyişir. “APA-Sport” agentliyinin məlumatına görə, UEFA kubokunda mübarizə aparan Belarusun MTZ-RİPO klubunun yarımmüdafiəçisi bu ölkənin digər təmsilçisi “Darida” komandasına baxışa yollanıb. Bir neçə gün sınaqdan çıxarıldıqdan sonra 21 yaşlı futbolçu haqda qərar veriləcək.
Qeyd edək ki, “Darida” klubu hazırda ilk dövrəsi başa çatan Belarus çempionatının yüksək liqasında 16 komanda arasında sonuncu pillədə qərarlaşıb. E.Xeyirovun adı MTZ-RİPO-nun UEFA-ya göndərdiyi iştirak ərizəsinə salınmayıb.
0