Səmədağa Şıxlarov “Neftçi” klubunun məşqçisi təyin olunub
31.07.2008 - 18:13
Səmədağa Şıxlarov “Neftçi” klubunun məşqçisi təyin olunub
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubu daha bir veteran futbolçusunu sıralarına qaytarıb. “APA-Sport” agentliyinin məlumatına görə, idman-direktoru təyin edilən Vəli Qasımovun ardınca Səmədağa Şıxlarov da klubda çalışacaq. 53 yaşlı veteran hücumçu komandaya seleksiyaçı məşqçisi təyin olunub.
Qeyd edək ki, S.Şıxlarov vaxtilə Bakının “Olimpik” klubunda Əsgər Abdullayevin köməkçisi olub.
0