Rasim Kara "Qarabağ" klubunun baş məşqçisi postundan istefa verib
02.08.2008 - 18:15
Rasim Kara "Qarabağ" klubunun baş məşqçisi postundan istefa verib
"Qarabağ" klubunun rəsmiləri baş məşqçinin istefası xəbərini agentliyə təsdiqləsələr də, R. Karanın özü ilə əlaqə yaratmaq mümkün olmayıb.

Ehtimallara görə, R. Kara fəaliyyətini əvvəllər işlədiyi "Xəzər-Lənkəran" klubunda davam etdirəcək. Türkiyəli çalışdırıcı bu dəfə baş məşqçi kimi deyil, komandada rəhbər postlardan birini tutacaq.

"Qarabağ" rəhbərliyi isə R. Karadan AFFA-ya şikayət etmək fikrindədir. Buna səbəb məşqçinin "Qarabağ"la müqaviləsi ola-ola digər komanda ilə danışıq aparmasıdır.

Məlumatlara görə, dünən "Xəzər-Lənkəran" klubunun baş məşqçisi postundan qovulan Ağasəlim Mircavadov vaxtilə çalışdırdığı "Qarabağ"a qayıdacaq.

Qeyd edək ki, R. Kara il yarım öncə "Qarabağ" klubunun baş məşqçisi kimi fəaliyyətə başlayıb.











0