“Fənər”in istənməyən müdafiəçisi “Rizəspor”da - rəsmi
25.01.2025 - 00:04
Super Liqa təmsilçilərindən "Fənərbaxça" Samet Akaydınla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi "Çaykur Rizəspor"la anlaşıb.
Samet Qara dəniz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.
"Fənərbaxça"lı azarkeşlər uzun müddətdir uğursuz çıxış edən futbolçunun keçidini səbirsizliklə gözləyirdi.
Qeyd edək ki, Türkiyə millisinin üzvü "sarı-lacivərd" forması ilə 41 matça çıxıb, 1 qol vurub.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0