Mahir Şükürov əyalətdə oynamaq istəmir
07.08.2008 - 14:47
Mahir Şükürov əyalətdə oynamaq istəmir
Lənkəran. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran” rəhbərliyi dünən transferə çıxardığı hücumçu Zaur Ramazanovla müdafiəçi Mahir Şükürov komandada saxlayıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən M.Şükürovün sözlərinə görə, klub rəhbərliyi danışıqlardan sonra fikrindən daşınıblar: “Rəhbərlik hər ikimizi saxladı. Yeni baş məşqçi Rasim Karaya komandadan getmək istəyimizi bildirmişdik. Əyalətdə oynamaq istəmirdim. Çünki adam rayonda darıxır”. 26 yaşlı müdafiəçi bildirib ki, komandada hər hansı problemi yoxdur: “Transferə çıxarıldığım zamanı müqavilənin maliyyə məsələsi ilə bağlı fikir ayrılığı olmuşdu. Ancaq sonradan bu məsələ yoluna qoyuldu və artıq belə problem yoxdur. Klub prezidenti Mais Mənsimovla da görüşümüz olub. O, getməməyimizi istədi”.


0