Azərbaycan futbolçusu Anatoli Ponomaryovun komandası autsayderə məğlub olub
14.08.2008 - 11:28
Azərbaycan futbolçusu Anatoli Ponomaryovun komandası autsayderə məğlub olub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Anatoli Ponomaryovun şərəfini qoruduğu “Degerfors” klubu İsveç çempionatının birinci dəstəsində növbəti oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, yarımmüdafiəçimizin komandası XIX tur çərçivəsində yarış cədvəlinin son pilləsində qərarlaşan “Bunkeflo”ya 0:2 hesabı ilə uduzub. A.Ponomaryov bütün 90 dəqiqə ərzində
meydanda olub. Səfər məğlubiyyətinin ardından iki pillə geriləyən “Degerfors” 16 xalla 15-ci yerə enib. A.Ponomaryovun komandası avqustun 18-də çempionatın lideri “Erqryute”ni qəbul edəcək.
Qeyd edək ki, “Degerfors”a ötən ay transfer olunmuş futbolçumuz yeni klubunda artıq 3 matçda forma geyinib. Uğursuz zolaqdan çıxa bilməyən “Degerfors” ardıcıl 11 turdur məğlubiyyətlə üzləşir.
0