Ramin Musayev əmr edir
20.10.2008 - 16:37
Ramin Musayev əmr edir
Bakı. Aqşin Əliyev - APA-Sport. Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların oyunçularının çempionat və ölkə kuboku uğrunda yarışda eyni nömrə altında çıxış etməsinə çalışır. “APA-Sport”un məlumatına görə, bununla bağlı qurumun prezidenti Ramin Musayev əmr imzalayıb.

Əmrdə bildirilir ki, Premyer Liqa komandaları hər bir futbolçunun çempionat və kubok mövsümündə eyni nömrədə oynamasını təmin etməlidir. Klublar oktyabrın 24-dək əsas və əvəzedici komandaların futbolçularının adlarını və onları daşıdıqları formaların nömrələrini PFL-ə göndərməlidirlər. Bu əmri pozan klublar 1000 manat cərimələnəcəklər.

Qeyd edək ki, cari mövsümdə bir neçə komandanın futbolçuları müxtəlif turlarda meydana fərqli nömrələrlə çıxıblar.





0