Azərbaycan yığması “Bavariya”nı məğlub etdi
20.10.2008 - 17:06
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət milli komandası (U-15) Almaniyada keçirilən təlim-məşq toplanışını başa vurub. “APA-Sport”un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, yığmamız hazırlıq prosesi çərçivəsində 4 yoxlama matçında qüvvəsini sınayıb.
Almaniyalı baş məşqçi Oliver Pilzerin yetirmələri ilk oyunda “Bavariya”lı həmyaşıdları ilə qarşılaşıblar. Yeniyetmə futbolçularımız rəqibini 2:1 hesabı ilə məğlub edib. Bundan başqa, yığmamız “Münhen-1860” klubunun 14 və 15 yaşlılardan ibarət komandalarına da qalib gəliblər (müvafiq olaraq, 6:0 və 2:0).
U-15-in Almaniyada qarşılaşdığı yeganə əcnəbi klub Avstriya “Zalsburq”u olub. Milli komandamız çətinliklə də olsa, avstriyalıları üstələyib – 4:3. Beləliklə, yığmamız təlim-məşq toplanışında keçirdiyi bütün yoldaşlıq görüşlərində qələbə qazanıb.

0
0