“Arsenal” İstanbula “yaralı” gəlib
20.10.2008 - 17:19
Bakı. Mehman Süleymanov - APA-Sport. Londonun “Arsenal” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Fənərbaxça” ilə sabahkı oyun öncəsi problemlə üzləşib. “APA-Sport”un məlumatına görə, ingilislər İstanbulda “Şükrü Saracoğlu” stadionunda keçiriləcək matça müdafiə xəttində ciddi itkilərlə çıxacaq. Fransa yığmasının müdafiəçiləri, kapitan Uilyam Qallas və Bakari Sanya ilə yanaşı, afrikalı Kolo Ture də sıradan çıxıb. O, Premyer Liqanın son turunda “Everton”la görüşdə çiynindən aldığı zədə ciddi olub.
0
0