Maldini axır ki, gedir
20.10.2008 - 18:06
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. İtaliyanın “Milan” klubunun futbolçusu Paolo Maldini karyerasını bitirməklə bağlı qəti qərara gəlib. “APA-Sport”un məlumatına görə, 40 yaşlı müdafiəçi hələ ötən mövsüm futboldan getmək fikrində olsa da, sonda qərarını dəyişmişdi. Maldininin sözlərinə əsasən, bu dəfə heç kim onu fikrindən daşındıra bilməyəcək: “Cari mövsümün sonunda futbolçu karyeramı bitirəcəyimə yüz faiz əminəm. Bundan sonra kapitan sarğısını “Milan”dakı çıxışlarına görə məndən sonra ən təcrübəli oyunçu olan Massimo Ambroziniyə verəcəyəm”.
Qeyd edək ki, Maldini milli karyerasını 2002-ci ildə Azərbaycan yığması ilə Avropa çempionatının seçmə oyunları öncəsi bitirib.
Qeyd edək ki, Maldini milli karyerasını 2002-ci ildə Azərbaycan yığması ilə Avropa çempionatının seçmə oyunları öncəsi bitirib.
0
0