Totalizatorda uduzan futbolçu cəzalandırılıb
21.10.2008 - 09:51
Totalizatorda uduzan futbolçu cəzalandırılıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Oyunlara pul qoyuluşu edən futbolçu cəzalandırılıb. “APA-Sport”un məlumatına görə, İsralin “Hapoel” klubunun müdafiəçisi Omri Kanad komandanın məşqlərindən kənarlaşdırılıb. Buna səbəb futbolçunun totalizotarlara aludə olmasıdır. Oyunlara pul qoymaqda iştirak edən Kanad böyük məbləğdə pul uduzması ilə də diqqəti cəlb edib. İş o yerə çatıb ki, nisyə oynayıb uduzan oyunçusunun borclarını Təl-Əviv təmsilçisinin prezidenti Moni Arel öz cibindən verməli olub. Komandanın baş məşqçisi Eli Qutman isə Kanadı məşqlərdən kənarlaşdırıb.


0