Hasan Şaş əməliyyat olunacaq
21.10.2008 - 10:41
Hasan Şaş əməliyyat olunacaq
Bakı - APA-Sport. UEFA Kubokunun qrup mərhələsinin startı ərəfəsində “Qalatarasay”da heyətlə bağlı problem aktuallığını itirməyib. “APA-Sport”un məlumatına görə, oktyabrın 23-də “Olimpiakos”u qəbul edəcək İstanbul klubunun bir neçə futbolçusunun meydana çıxacağı sual altındadır. Yarımmüdafiəçi Hasan Şaşın isə qarşıdakı matçda forma geyinməyəcəyi dəqiqdir.

Məsələ burasındadır ki, uzun müddət zədədən əziyyət çəkən 32 yaşlı futbolçu cərrahiyyə əməliyyatı olunmalıdır. Bununla bağlı növbəti müayinə zamanı qərar verilib. Hasan Şaş oktyabrın 22-də sağ dizindən cərrahi müdaxiləyə məruz qalacaq. Onun nə zaman tam sağalacağı bilinmir.
0