Venger: “Rəqibin hücum futboluna üstünlük verəcəyini düşünürəm”
21.10.2008 - 11:08
Bakı - APA-Sport. “Rəqibimiz çox güclüdür və səviyyəli heyətə sahibdir. Buna rəğmən, kifayət qədər xal itkisi ilə üzləşiblər. Fikrimcə, bizə qarşı oyunda uğursuzluqların əvəzini çıxmağa çalışacaqlar”. “APA-Sport”un məlumatına görə, bu sözləri İstanbulda keçirdiyi mətbuat konfransında İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger söyləyib.
Fransalı mütəxəssis bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaqları “Fənərbaxça”nın hücuma daha çox fikir verəcəklərini bildirib: “Rəqibin heyətində Aleks kimi oyun qurucusu, İngiltərədə çıxış etmiş Əmrə və Kazım, eləcə də, Semih və Quiza var. Bu komandanın hücum futboluna üstünlük verəcəyini düşünürəm. Biz də buna uyğun hərəkət edəcəyik”.
“Fənərbaxça”nın ispan baş məşqçisi Luis Araqonesə də dəstək çıxan Venger, həmkarına işləmək üçün ən azı 6 ay vaxt verilməsini məsləhət bilib.

0
0