Nadir Qasımov istefasının səbəblərini açıqladı
21.10.2008 - 12:25
Bakı. Mehman Süleymanov - APA-Sport. “İstefa verməyimin səbəbi üzləşdiyimiz ciddi maliyyə problemi ilə bağlıdır. Sponsorlar mövsüm öncəsi meydana iddialı atılsalar da, sonda həm bizi, həm də komandamızın prezidentini aldatdılar. Onların bizə vəd etdiyi 1,5 milyon dolların heç 1,5 manatını da görmədik”. Bunu “APA-Sport”a açıqlamasında “Bakılı” klubunun baş məşqçisi postundan istefa verən Nadir Qasımov deyib.
Onun sözlərinə görə, maliyyə problemi ilə üzləşdiklərindən komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb: “Uzun illərdir qazandığım imici itirmək istəmirdim. Ona görə də klubun prezidenti Misir Əbilovdan məni işdən azad etməyi xahiş etdim. Artıq belə gərgin vəziyyətdə işləyə bilmirdim”.
Qasımov, həmçinin bildirib ki, “Bakılı” klubunda aldığı maaşla ailə saxlamaq belə çətin imiş: “Aldığım məvacibin konkret məbləğini açıqlamaq istəmirəm. Hər halda, qazancım Premyer Liqada çalışan digər məşqçilərlə müqayisədə çox aşağı idi ki, mən də hazır işimi buraxıb, yenisini axtarmalı oluram. Lazım gələrsə, tikintidə işləyəcəm. Bunu qeyri-ciddi qəbul etməyin. Fuad Musayevin vaxtında futboldan kənar qaldığım üçün gedib daş daşımışam. Mən burada qəbahət heç nə görmürəm. Amma istisna deyil ki, gələcəkdə yenidən bu klubun baş məşqçisi oldum”.
Qeyd edək ki, Nadir Qasımov müxtəlif illərdə “Bakılı” klubunun üç dəfə baş məşqçi olub.

0
0