“Xəzər-Lənkəran” - “Neftçi” görüşünün hakimi cəzalandırılacaq
21.10.2008 - 12:00
Azərbaycan Premyer Liqasının VIII turunda keçirilmiş “Xəzər-Lənkəran” – “Neftçi” matçında səhvə yol vermiş yan xətt hakimi cəzalandırılacaq. “APA-Sport”un məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.
PFL rəhbərinin fikrincə, yan xətt hakimi Azər Əsgərov nəticəyə təsir edən səhv edib: “Mən oyunu stadiondan izləyirdim. Orda yan xətt hakiminin səhv etdiyini müəyyənləşdirmək çətin idi. Amma sonra videotəkrarda həmin epizoda baxıb, laysmanın səhv etdiyini gördüm. Buna görə həmin hakim azı üç oyunluq cəzalandırılacaq”.
Musayev bildirib ki, qol epizodunda yan xətt hakimini bir neçə futbolçunun eyni vaxtda hərəkətdə olması çaşdırıb: “Biz bu məsələni müzakirə edəcəyik. Çox güman, həmin epizodda bir neçə futbolçunun eyni vaxtda hərəkətdə olması yan xətt hakiminin düzgün qərar verə bilməməsinə təsir edib”.
Xatırladaq ki, Lənkəranda keçirilən “Xəzər-Lənkəran” – “Neftçi” oyununda meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıb. Meydan sahiblərinin hücumçusu İvan Svetkovun görüşün 29-cu dəqiqəsində vurduğu qol zamanı yan xətt hakimi Azər Əsgərov böyük səhv edib. O, Svetkovun qol vurarkən oyundankənar vəziyyətdə olduğunu müəyyənləşdirə bilməyib və görüşün nəticəsinə təsir edən səhvə yol verib.
mənbə: trend.az

0
0