Latviya yığması Bakıya gəlməkdən imtina etdi
21.10.2008 - 13:11
Latviya yığması Bakıya gəlməkdən imtina etdi
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan və Latviyanın futbol üzrə milli komandaları arasında noyabrın 19-da Bakıda keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü baş tutmayacaq. “APA-Sport”un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, bununla bağlı latviyalılar bu gün assosiasiyaya məktub göndəriblər. Sənəddə bildirilir ki, qarşı tərəfin paytaxtımıza gəlməsinə nəqliyyat problemi maneçilik törədib.

Qeyd edək ki, matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılırdı. Latviyalılarla qarşılaşma Berti Foqtsun rəhbərliyi altında yığmamızın Bakıda oynayacağı ilk yoldaşlıq görüşü olacaqdı.
0