“Xəzər-Lənkəran” –“Neftçi” matçının hakimi üç oyunluq cəza aldı
21.10.2008 - 14:23
“Xəzər-Lənkəran” –“Neftçi” matçının hakimi üç oyunluq cəza aldı
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının son turunda “Xəzər-Lənkəran” - “Neftçi” görüşünün hakimi Azər Əsgərov cəzalandırılıb. “APA-Sport”un məlumatına görə, Lənkərandakı matçın yan xətti hakimi üç tur təyinat almayacaq. Buna səbəb Əsgərovun oyunun nəticəsinə təsir edən səhvə yol verməsidir.
“Xəzər-Lənkəran”ın vurduğu ilk qolda bolqar hücumçu İvan Svetkov oyundankənar vəziyyətdə olduğu halda, yan xətt hakimi bayrağını qaldırmaqla buna işarə etməyib. Azər Əsgərovun idarəçiliyi matçın hakim-inspektoru Azad Feyzullayev tərəfindən 8 balla qiymətləndirsə də, epizodun təkrarına baxan AFFA-nın Hakimlər Komitəsi ilk qolun qaydalar çərçivəsində vurulmadığını təsdiqləyib. Bununla da hakimə düzgün qiymət verməyən hakim-inspektorun da məsələsinə baxılıb, haqqında ölçü götürüləcəyi gözlənilir.


0