“Fənərbaxça”ya ilk hücum Vengerdən gəldi
21.10.2008 - 16:35
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Fənərbaxça” ilə oyundan sonra Luis Araqonesin əlini sıxacağammı? Təbii ki, hə. Axı, o, irqçi deyil”. “APA-Sport”un məlumatına görə, bu sözləri İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger deyib. Fransalı mütəxəssis bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaqları “Fənərbaxça”nın baş məşqçisi Araqonesə antipatiya bəsləmədiyini bildirib.
Hərçənd, Araqones İspaniya yığmasını çalışdırarkən Xose Reyesi oyuna kökləmək üçün ona “Arsenal”dakı komanda yoldaşı Tyerri Anrini misal göstərirdi. Başqa sözlə, ispaniyalı məşqçi Anriyə qarşı təhqiramiz ifadələr işlədərək, irqi ayrıseçkiliyə yol verib. Öz növbəsində Venger bu hərəkəti qətiyyətlə pisləyib: “Belə ifadələr söyləmək ən azı qeyri-etik hərəkətdir. Başa düşə bimirəm ki, bu sözlər Reyesi oyun necə kökləyirmiş. Eto̓O mənə deyir ki, Araqonesin rəhbərliyi altında oynadığı vaxt belə münasibətlə üzləşməyib. Bəlkə də Araqones həqiqətən Reyesə bu yolla müsbət impuls verirmiş. Lakin o, heç də ən düzgün yolu seçməyib”.

0
0