Bakı derbisinə bu dəfə yerli hakimlərlə
21.10.2008 - 16:55
Bakı derbisinə bu dəfə yerli hakimlərlə
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının IX turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. “APA-Sport”un məlumatına görə, çempionatların favoritləri “Xəzər-Lənkəran”la “Bakı”nın paytaxtdakı qarşılaşması Anar Niyazov tapşırılıb. Premyer Liqanın cari mövsümündə 5 görüş idarə etmiş hakim ikinci dəfə lənkəranlıların oyununa təyinat alıb. Niyazov “Xəzər-Lənkəran”ın “Olimpik”lə də səfər matçında ədalət prinsiplərini qorumuşdu və cənub təmsilçisinin minimal hesablı qələbəsinin şahidi olmuşdu. Bu il “Bakı”nı meydanda “görməyən” Niyazov idarə etdiyi matçlarda orta hesabla 8,04 qiymətini almaqla 15 hakim arasında 4-5-ci yerləri bölüşür.

Turun digər maraqlı oyununu “Neftçi” ilə “İnter”in görüşü bu dəfə azərbaycanlı hakimlərə həvalə olunub. Ötən mövsüm məhz bu komandaların qarşılşamasında almaniyalı hakimlərin Premyer Liqaya yolu açılmışdı. İndi isə paytaxt derbisi mövsümü uğurlu başlamayan Vüsal Əliyevə tapşırılıb. FİFA hakimi 8 turdan sonra aldığı qiymətlərə əsasən (7,88) 13-cü yeri tutur.

IX turun digər oyunlarına gəlincə, Babək Quliyev həftəsonu 7-ci, Zöhrab Qədiyevlə İmanxan Sultani 6-cı, Əfqan Həmzəyev 5-ci, Hacıəli Ağayev isə 3-cü dəfə meydana çıxacaq.

25 oktyabr, şənbə

“Standard” – “Qəbələ”

Baş hakim: Zöhrab Qədiyev.

“Turan” – “Bakılı”
Baş hakim: İmanxan Sultani.

NBC – “Karvan”
Baş hakim: Əfqan Həmzəyev.

“Neftçi” – “İnter”
Baş hakim: Vüsal Əliyev.

26 oktyabr, bazar

“Bakı” - “Xəzər-Lənkəran”

Baş hakim: Anar Niyazov.

“Simurq” – “Olimpik”
Baş hakim: Babək Quliyev.

MOİK – “Qarabağ”
Baş hakim: Hacıəli Ağayev.
0