AFFA məktəblərə top paylayır
22.10.2008 - 14:08
AFFA məktəblərə top paylayır
Bakı. Aqşin Əliyev - APA-Sport. AFFA rəhbərliyi Azərbaycanda uşaq futbolunun inkişafı məqsədilə həyata keçirdiyi silsilə tədbirlərdən daha birini gerçəkləşdirib. “APA-Sport”un məlumatına görə, assosiasiya rəsmiləri bu gün Xırdalan şəhərində şagirdlərlə görüşüblər.

Şəhərin 1, 2, 3, 4 və 5 nömrəli məktəblərinə baş çəkən AFFA nümayəndələri burada təhsil alan uşaqlarla söhbətləşib, onların futbola marağını öyrəniblər. Daha sonra məktəblilərə çoxlu top hədiyyə olunub.

Onu da qeyd edək ki, belə tədbirlərin təşkilində əsas məqsəd ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanmış “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarının yerinə yetirməkdir.
0