AFFA-nın sabiq vitse-prezidenti vəfat edib
23.10.2008 - 09:30
AFFA-nın sabiq vitse-prezidenti vəfat edib
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın fəxri idman işçisi, əməkdar məşqçi, AFFA-nın sabiq vitse-prezidenti Toğrul Hacıyev vəfat edib. “APA-Sport”un məlumatına görə, uzun müddət ürək ağrısından əziyyət çəkən 65 yaşlı futbol adamı dünən gecə dünyasını dəyişib.

Toğrul Hacıyevin futbolçu karyerası əsasən Bakı “Dinamo”su ilə bağlıdır. O, 1961-63-cü illərdə bu komandanın qapısını qoruyub. Karyerasını bitirdikdən sonra elə “Dinamo”da məşqçi fəaliyyətinə başlayıb. 1966-cı ildə SSRİ-nın gənclərdən ibarət yığmasının məşqçisi təyin edilib, baş məşqçi Boris İqnatyevin köməkçisi işləyib.

Hacıyev AFFA təsis olunan gündən, yəni 1992-ci ildən 2003-cü ilədək adıçəkilən qurumda vitse-prezident vəzifəsini daşıyıb. 2003-08-ci illərdə futboldan ayrı qalan Hacıyevə 4 ay öncə Regional Futbol Federasiyalarının vitse-prezidenti postu həvalə olunub. Mərhum bu gün torpağa tapşırılacaq.


0