Qalletti: “Qalatasaray” çətin rəqibdir”
23.10.2008 - 10:10
Qalletti: “Qalatasaray” çətin rəqibdir”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Qarşımızda “Qalatasaray” kimi yaxşı komandanın durduğunu bilirik. Amma bizə qələbə qazanmaq vacibdir”. “APA-Sport”un məlumatına görə, bu sözləri Yunanıstanın “Olimpiakos” komandasının futbolçusu Lusiano Qalletti deyib. Argentina millisinin sabiq hücumçusu UEFA kubokunun bu gün keçiriləcək “Qalatasaray” – “Olimpiakos” matçında qələbə arzusunda olduqlarını bildirib: “Qalatasaray” çox çətin rəqibdir. Belə komanda ilə qarşılaşmağın özü də asan deyil. Xüsusilə də səfərdə oynamağımız işimizi ağırlaşdırır. Biz qrup mərhələsinə qələbə ilə başlamaq niyyətindəyik. Rəqibin heyətində hər hansı oyunçudan çəkinmirik. Çünki rəqibin nə qədər təhlükəli olması bizim üçün önəm kəsb etmir. Ən əsası bizim bacardığımız ən yaxşı oyunu göstərməkdir. İlk oyunda üç xalı qazanmaqla növbəti mərhələyə doğru böyük addım atmış olarıq. Bunun üçün oyuna tam köklənərək konsentrasiyanı əldən verməməliyik. 90 dəqiqə ərzində diqqətli olub, səhvsiz oynasaq istəyimizə çatarıq”.
Qeyd edək ki, Qalletti “Olimpiakos”a ötən il “Atletiko”dan keçib.
0