Yığmamız son dəqiqənin güdazına getdi
23.10.2008 - 10:36
Yığmamız son dəqiqənin güdazına getdi
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası (U-19) Macarıstanda təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin 1-ci qrupunda keçirdiyi ikinci matçda məğlubiyyətlə üzləşib. “APA-Sport”un məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri meydan sahiblərinə uduzublar.

Oyun boyu yaxşı təsir bağışlayan futbolçularımız yalnız son saniyələrdə qapılarından top buraxıblar. Belə ki, Macarıstan yığması qarşılaşmada yeganə qolu uzatma dəqiqələrində vurub. Robert Litauski 93-cü dəqiqədə təxminən 25 metrlik məsafədən hədəfi dəqiq nişan alıb. Qrupun digər oyununda Şotlandiya San Marinonu darmadağın edib - 8:0.

Minimal hesablı məğlubiyyət yığmamızın növbəti mərhələyə yüksəlmək işini çətinləşdirib. Oktyabrın 25-də keçiriləcək axırıncı turda U-19 San-Marinoya 8 top fərqi ilə qalib gəlməli, eyni zamanda Macarıstan Şotlandiyanı məğlub etməlidir. Məhz bu halda milli komandamız şotlandiyalıları üstələyə bilər. Əks təqdirdə, həmvətənlərimiz seçmə mərhələdə mübarizəni erkən dayandıracaqlar.

Qeyd edək ki, qrupda ilk 2 yeri tutacaq komandalar, eləcə də ən yaxşı göstəricilərlə 3-cü pillədə qərarlaşacaq 2 kollektiv elit mərhələyə vəsiqə qazanacaq.

Komanda

O

Q

H

M

T

X

1

Macarıstan

2

2

0

0

7-0

6

2

Şotlandiya

2

1

1

0

9-1

4

3

Azərbaycan

2

0

1

1

1-2

1

4

San Marino

2

0

0

2

0-14

0




0