Sokrates “Qalatasaray”ı favorit sayır
23.10.2008 - 10:55
Sokrates “Qalatasaray”ı favorit sayır
Bakı – APA-Sport. Bu gün İstanbulda UEFA kubokunun qrup mərhələsi çərçivəsində “Qalatasaray”la qarşılaşacaq “Olimpiakos”un prezidenti Sokrates Kokkalis komandasının qələbə qazanmaq şansının az olduğunu etiraf edib. “APA-Sport”un məlumatına görə, Yunanıstan çempionunun rəsmisi fikrini doğma meydan amili ilə izah edib.

“Rəqibimiz bu turnirin finalında oynayıb. Yenə eyni nəticəni təkrarlamaq istəyəcəklər. Bizim də belə bir hədəfimiz var. Amma bu oyunun favoriti “Qalatasaray”dır. Çünki onlar doğma azarkeşləri qarşısında oynayacaqlar” – deyə Kokkalis bildirib.

“Olimpiakos”un prezidenti rəqib düşərgədə ən təhlükəli oyunçular kimi isə çexiyalı Milan Baroşla braziliyalı Kassio Linkolnun adını qeyd edib.
0