Araqonesə 7 milyon avro təzminat
23.10.2008 - 11:54
Araqonesə 7 milyon avro təzminat
Bakı. Mehman Süleymanov – APA-Sport. “Fənərbaxça” rəhbərliyi baş məşqçi Luis Araqoneslə vidalaşmağın yollarını axtarır. “APA-Sport”un məlumatına görə, Çempionlar Liqasında “Arsenal”la böyük hesablı məğlubiyyət rəhbərliyin səbr kasasını daşdırıb. Onlar cari mövsümdə uğursuz çıxışın səbəbkarı saydıqları 70 yaşlı ispan mütəxəssisin gedişini öz aralarında müzakirə ediblər: “Araqonesin “Arsenal”la oyunda nə etmək istədiyini biz belə anlamadıq. O, verdiyimiz daimi dəstəyə baxmayaraq başarıcı olmadı. Artıq Araqoneslə yolların ayırmanın zamanına gəldik”.

Klub rəhbərliyinin baş məşqçi ilə bağlı indiyədək tərəddüdünə səbəb kompensasiya ilə bağlıdır. Məsələ ondadır ki, anlaşmaya əsasən “Fənərbaxça” Araqoneslə müqaviləni bir tərəfli qaydada pozarsa, ona 7 milyon avro təzminat ödəməlidir. İndi klub başbilənləri bu məbləğin necə aşağı salmağın yolları axtarırlar.
0