“Alaniya” və “Marsel” klublarının sabiq baş məşqçisi həbs edildi
23.10.2008 - 11:45
“Alaniya” və “Marsel” klublarının sabiq baş məşqçisi həbs edildi
Bakı. Mehman Süleymanov - APA-Sport. Fransanın “Marsel” klubunun sabiq baş məşqçisi Rolan Kurbis qarşıdakı iki ili dustaqxanada keçiriləcək. “APA-Sport”un məlumatına görə, fransız mütəxəssisə iki illik həbs cəzası kəsilib. Kurbis 1997-99-cu illərdə “Marsel”i çalışdırdığı zaman futbolçunun transfer məsələlərində fırıldaqçılıq etməkdə təqsirləndirir.
Qeyd edək ki, Kurbisin son iş yerlərindən biri Rusiyada “Alaniya” klubunun baş məşqçi postu olub.
0