“Fənərbaxça” sanki 6-7 il əvvələ qayıdır”
23.10.2008 - 14:29
“Fənərbaxça” sanki 6-7 il əvvələ qayıdır”
Bakı - APA-Sport. “Bir komandanın hər il çempion olması mümkün deyil. “Fənərbaxça” 101 illik tarixi ərzində 17 dəfə birinci yeri tutub. Amma hazırda baş verənlər çox üzücüdür”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Fənərbaxça”nın baş məşqçi postuna namizədlərdən sayılan Rıdvan Dilmən söyləyib.

Futbolçu kimi İstanbul klubunun şərəfini qoruyan Dilmən ciddi nəticələr qazanmağın mümkünsüz olduğunu qeyd edib: “Klub rəhbərliyi ilə görüşüm olmayıb. Komandanın baş məşqçisi var. Amma mən Araqonesin “Fənərbaxça” üçün yetərli olmadığını düşünürəm. Komanda UEFA kubokunu qazana biləcək büdcəyə sahibdir. Çempionlar Liqasında uğur isə mümkünsüz görünür”.

Şərhçiliklə məşğul olan Dilmənin klub rəhbərliyini səhv transfer siyasəti yürütməkdə ittiham edib: “Əmrə Bələzoğlu və Daniel Quizanın üç illik xərci təxminən 70 milyon dollara yaxındır. Bu çox ciddi rəqəmdir və transfer siyasətinin səhv olduğunun göstəricisidir. “Fənərbaxça” sanki 6-7 il əvvələ qayıdır. Vəziyyətdən çıxmaq üçün dövrələrarası fasilədə ciddi islahatlar aparmaq vacibdir”.
0